...

İqtisadiyyat Nazirliyi bu ərazilərdə fərdi sahibkarlara maliyyə dəstəyi göstərəcək

İqtisadiyyat Materials 6 Noyabr 2020 15:11 (UTC +04:00)
İqtisadiyyat Nazirliyi bu ərazilərdə fərdi sahibkarlara maliyyə dəstəyi göstərəcək

Bakı. Trend:

Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində xüsusi karantin rejimində dəyişikliklər edilib.

Trend-in məlumatına görə, qərara əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən bu şəhər və rayonlarda muzdlu işçilərin əmək haqqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək.

Nazirlər Kabineti yanında Operativ Qərargah yuxarıda sadalanan şəhər və rayonların sakinlərinə ciddi şəkildə evdə qalmağı tövsiyyə edir, karantin rejiminin qaydalarına əməl etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti