...

Növbəti il neftdən gələn gəlirin 4 faiz azalması nəzərdə tutulur - Samir Şərifov

İqtisadiyyat Materials 23 Dekabr 2020 11:41 (UTC +04:00)
Növbəti il neftdən gələn gəlirin 4 faiz azalması nəzərdə tutulur - Samir Şərifov

Bakı. Elçin Mehdiyev - Trend:

Növbəti ildə neft sektorundan gələn gəlirin xüsusi çəkisinin 4 faiz azalması nəzərədə tutulur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, əsas məqsədlərdən biri qeyri-neft sektorunun gəlirlərdə xüsusi çəkisinin artırılmasıdır.

"Gələn il qeyri-neft sektorundan 5 milyard 674 milyon manat vergi daxilolmaları gözlənilir".

S.Şərifov vurğulayıb ki, koronavirus pandemiyası ilə əlaqədar bir sıra vergi güzəştlərinin tətbiqinə nəzərə alaraq bu il mənfəət vergisində artım gözlənilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti