...

Rusiya Azərbaycanın daha 12 müəssisəsindən pomidor idxalına icazə verib

İqtisadiyyat Materials 23 Dekabr 2020 22:56 (UTC +04:00)
Rusiya Azərbaycanın daha 12 müəssisəsindən pomidor idxalına icazə verib

Bakı. Trend:

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın daha 12 müəssisəsindən pomidor idxalına icazə verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu “Rosselxoznadzor”un rəhbərinin müavini Anton Karmazin deyib.

Onun sözlərinə görə, pomidor Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təminatı ilə Cənubi Afrika güvəsi aşkar edilməmiş Azərbaycan rayonlarından idxal ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti