...

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat Materials 24 Dekabr 2020 13:25 (UTC +04:00)

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 23-də 52,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,96 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 51,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,96 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 49,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,92 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 51,27 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,97 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti