...

Azad edilmiş ərazilərə həm yerli, həm də xarici investorların böyük marağı var - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 24 Dekabr 2020 11:52 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsindən qalib çıxdı. Bu qələbə indiyə qədər Prerzident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş naliyyətlərin daha inamla davam etdirilməsi üçün möhkəm zəmindir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zaman deyib.

Nazir bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası, oraya qayıdacaq əhali üçün lazımi şəraitin yaradılması, məşğulluğun təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür.

M.Cabbarov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə həm yerli, həm də xarici investorların böyük marağı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti