...

DGK dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnozu üstələyib

İqtisadiyyat Materials 25 Dekabr 2020 20:21 (UTC +04:00)
DGK dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnozu üstələyib

Bakı. Fidan Babayeva - Trend:

Dövlət Gömrük Komitəsi (DGK) 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnozu 101,5 faiz yerinə yetirib.

Trend-in məlumatına görə, bunu Komitənin sədri Səfər Mehdiyev deyib.

O bildirib ki, bu günədək gömrük orqanları tərəfindən dövlət büdcəsinə 3,887 milyard manat məbləğində vergi və gömrük rüsumu daxil edilib.

İlin əvvəlində bu göstərici 3,83 milyard manat məbləğində proqnozlaşdırılırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti