...

Bitkoin növbəti dəfə tarixi həddi keçdi

İqtisadiyyat Materials 26 Dekabr 2020 09:34 (UTC +04:00)
Bitkoin növbəti dəfə tarixi həddi keçdi

Bakı. Orxan Nəbiyev - Trend:

Dünyanın ən populyar kriptovalyutası olan bitkoin növbəti dəfə tarixi rekord vurub.

Trend-in məlumatına görə, bitkoin son 24 saat ərzində 6,1 faiz bahalaşaraq 25 005 dollara çatıb.

Bitkoinin qiyməti dekabr ayı ərzində bir neçə dəfə tarixi həddi keçib.

Belə ki, dekabrın 16-da bitkoin ilk dəfə 20 min dollardan baha satılıb. Dekabrın 17-də kriptovalyuta 22 min, dekabrın 20-də isə 24 min dolllar həddini keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti