...

Azərbaycana gətiriləcək koronavirus vaksinləri 2 illik ƏDV-dən azad ediləcək

İqtisadiyyat Materials 30 Dekabr 2020 11:05 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycana gətiriləcək vaksin və onun şprisləri 2 il müddətində əlavə dəyər vergisindən azad olunacaq.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Deputatlar bu dəyişikliyi təqdirəlayiq hesab ediblər. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti