...

İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər azalıb

İqtisadiyyat Materials 18 Yanvar 2021 15:48 (UTC +04:00)
İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər azalıb

Bakı. İlhamə İsabalayeva - Trend:

İlkin məlumatlara əsasən 2020-ci ildə ölkədə 72432,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz, neft-qaz sektorunda isə 7,0 faiz azalmışdır.

ÜDM istehsalının 33,7 faizi sənaye, 11,5 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 7,7 faizi tikinti, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 7262,8 manata bərabər olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti