Bakı. Trend:
Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti Gədəbəy" müqavilə zonasının mərkəzi sahəsində "Zəfər" adlı yeni mis-qızıl yatağını kəşf edib.
Trend-in məlumatına görə, şirkətin baş direktoru Rza Vəziri bildirib ki, hazırda yeni yataqda mineral ehtiyatların qiymətləndirilməsinə hazırlıq işləri görülür.
“Anglo Asian Mining”in direktoru Stefan Vestedin sözlərinə görə, ilkin qazma işləri zamanı ümumi uzunluğu 7,67 min metr olan 12 quyu qazılıb:
“Səthi induktiv polyarizasiya üsulu ilə 25 kilometr uzunluğunda 10 profil xəttinin tikintisi başa çatdırılıb. Üç minerallaşma zonası müəyyən edilib. 113 metr dərinlikdə mis konsentrasiyası 0,5 faiz, qızıl konsentrasiyası bir ton üçün 0,7 qram təşkil edir”.