...

Azərbaycan Tehranda keçirilən "İran Plast" sərgisinə qatılacaq

İqtisadiyyat Materials 26 Yanvar 2021 14:28 (UTC +04:00)
Azərbaycan Tehranda keçirilən "İran Plast" sərgisinə qatılacaq

Trend-i buradan izləyin

Bakı. Elnur Bağışov - Trend:

7-10 fevral tarixində İranın paytaxtı Tehranda keçiriləcək 14-cü Beynəlxalq İran Plast Sərgisinə Azərbaycan heyəti də qatılacaq.

Trend-in məlumatına görə, bunu İranın "İran Plast" Beynəlxalq Sərgisinin məsul şəxsi Kuruş Həsənpur deyib.

K.Həsənpurun sözlərinə görə, indiyədək İraqdan 6, Əfqanıstandan 2, Azərbaycandan bir heyətin bu sərgiyə qatılması dəqiqləşib.

O, əlavə edib ki, ümumilikdə 11 ölkədən – Azərbaycan, Qazaxıstan, Tacikistan, Keniya, Hindistan, İraq, Əfqanıstan, Suriya, Livan, Türkiyə, İordaniyadan heyətlər çərçivəsində 200 iş adamının bu sərgiyə qatılacağı gözlənilir.

K.Həsənpur bildirib ki, ötən illərdə olduğu kimi bu il də əcnəbi heyətlərin Tehranda qalmaları sərginin katibliyi tərəfindən pulsuz şəkildə təmin olunur.

İranlı rəsmi deyib ki, sərgidə kauçuk və rezin məmulatları, neft-kimya məhsullarının xammalı, avadanlıqlar və ehtiyat hissələri nümayiş etdiriləcək.

Qeyd edək ki, 14-cü Beynəlxalq İran Plast sərgisində öz məhsullarını təqdim etmək üçün mindən artıq şirkət qeydiyyatdan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti