...

2020-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2 milyard dollara yaxın olub

İqtisadiyyat Materials 29 Yanvar 2021 13:49 (UTC +04:00)
2020-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2 milyard dollara yaxın olub

Bakı. Ceyhun Ələkbərov - Trend:

2020-ci ildə Azərbaycanın qeyri-neft ixracı 1,9 milyard ABŞ dolları dəyərində olub.

Bu barədə Trend-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildiriblər.

Ötən il ərzində Azərbaycanın ümumi ixracı 13, 7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə isə 1, 9 milyard ABŞ dolları dəyərində olub. Qeyri-neft sektoru üzrə ixrac 2019-cu il ilə müqayisədə 102 milyon ABŞ dolları və ya 5,2 faiz azalıb.

2020-ci il ərzində Rusiyaya 691 milyon, Türkiyəyə 377.8 milyon, İsveçrəyə 224.8 milyon, Gürcüstana 127.6 milyon və Çinə 44.5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Ötən il ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (205.6 milyon ABŞ dolları) birinci, tomat (pomidor) (201.4 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (131.9 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2020-ci il ərzində meyvə-tərəvəz ixracı 607,7 milyon, pambıq lifi ixracı 133,2 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 113,4 milyon, kimya sənayesi məhsullarının ixracı 85,2 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 52,4 milyon, pambıq ipliyi ixracı 19 milyon, spirtli və spirtsiz içkilərin ixracı 12 milyon, şəkər ixracı 26,9 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 24,7 milyon, çay ixracı 9,5 milyon ABŞ dolları təşkil edib.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci il ərzində meyvə-tərəvəz ixracı 0,3 faiz, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 34 faiz, şəkər ixracı 0,1, pambıq lifi ixracı 7,5 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti