...

Ermənilər Azərbaycanın yeraltı xammal ehtiyatlarına da süni şəkildə ziyan vurublar - Xidmət rəisi

İqtisadiyyat Materials 29 Yanvar 2021 15:56 (UTC +04:00)
Ermənilər Azərbaycanın yeraltı xammal ehtiyatlarına da süni şəkildə ziyan vurublar - Xidmət rəisi

Bakı. İlhamə İsabalayeva - Trend:

Çox təəssüf ki, ermənilər işğal altında olmuş ərazilərimizdə ətraf mihitə ziyan vurmaqla yanaşı, yeraltı xammal ehtiyatlarına da süni şəkildə ziyan vurublar.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında ETSN yanında Milli Geologi Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

Onun sözlərinə görə, 30 il ərzində Azərbaycanın işğal altındakı ərazilərində olan yataqlar talan edilib: "Ən acınacaqlı hal odur ki, bu işlərdə erməni işğalçılarına xarici şirkətlər və investorlar böyük köməklik edib".

Ə.Əliyev deyib ki, Ermənilər yeraltı və yerüstü sulara da ciddi ziyan vurublar: "Hazırda müvafiq komissiya hər bir yatağın ayrı-ayrılıqda diaqnostikasını həyata keçirməklə qiyməyləndirmə aparır. Bunun nəticəsində dəyən ziyan müəyyən ediləcək. Qalıq ehtiyatlar və regionda yeni perspektivlər müəyyən ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti