...

Azərbaycan neftinin qiyməti 60 dollara yaxınlaşır

İqtisadiyyat Materials 4 Fevral 2021 11:05 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti 60 dollara yaxınlaşır

Bakı. Zeyni Cəfərov, Orxan Nəbiyev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 3-də 59,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,03 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 58,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,04 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 57,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,92 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 58,77 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,03 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti