...

Azərbaycanın azad edilmiş ərazilərin bərpasında iştirak İran üçün böyük fürsətdir - Palata sədri

İqtisadiyyat Materials 6 Fevral 2021 11:11 (UTC +04:00)
Azərbaycanın azad edilmiş ərazilərin bərpasında iştirak İran üçün böyük fürsətdir - Palata sədri

Bakı. Elnur Bağışov - Trend:

Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etmək imkanının yaranması İranın Şərqi Azərbaycan vilayətinin iqtisadiyyat sektoru, xüsusilə də texniki, mühəndislik şirkətləri üçün böyük fürsətdir.

Trend-in məlumatına görə, bunu İranın Təbriz Ticarət Palatasının sədri Yunis Jaele deyib.

Y.Jaelenin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətindən 100-dən artıq şirkət Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında aktiv şəkildə iştirak edə bilərlər.

Palata sədri əlavə edib ki, İranın Şərqi Azərbaycan vilayəti valisinin İranın Azərbaycanla ticarətin inkişafı komitəsinə sədr təyin olunması ilə iki ölkə arasında ticarət daha da inkişaf edəcək.

Xəbər lenti

Xəbər lenti