...

“Karvan-L” maşın və avadanlıq istehsalatında yenilik etməyə davam edir (FOTO)

İqtisadiyyat Materials 24 Fevral 2021 14:31 (UTC +04:00)
“Karvan-L” maşın və avadanlıq istehsalatında yenilik etməyə davam edir (FOTO)

Bakı. Trend:

“Karvan-L” Şirkətlər qrupu yeni istehsalatını daha da genişləndirir.

Belə ki, şirkət maşın avadanlıqları istehsalatında yeniliklər etməyə start verib. Bu avadanlıqlar dəmir-dam örtükləri və onun aksesuarları, tullantı polietilen və tullantı təkərlərin yenidən emalını həyata keçirir.

Avadanlıqlara daxil olan Avtomatik İdarəetmə Sistemi bütün qurğuları vahid xəttə birləşdirilir. Avadanlıqların ehtiyat və köməkçi hissələri dünyanın ən iri və qabaqcıl istehsalat şirkətlərindən alınır.

Bu avadanlıqlar insan faktorunu minimuma endirir. Daha rahat operator interfeysi təmin edir. Şirkətin məhsulları etibarlı, dözümlü və müasir dizaynda istehsal olunur.

Xatırladaq ki, 1996-ci ildən fəaliyyət göstərən "Karvan-L" Şirkətlər qrupu ötən illərdə istehsal etdiyi avadanlıqları Rusiya Federasiyasına ixrac etmişdir.

Daha ətraflı məlumat almaq üçün:

Əlaqə: + 994 55 214 48 77

Email: [email protected]

Web: karvanl.com

Xəbər lenti

Xəbər lenti