...

Sosial təminat növləri üzrə ödənişlər 6,6% artıb

İqtisadiyyat Materials 15 Aprel 2021 14:51 (UTC +04:00)
Sosial təminat növləri üzrə ödənişlər 6,6% artıb

Bakı. Trend:

Sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə ödənişlərdə artım dinamikası 2021-ci ilin ilk rübündə də davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-mart aylarında həmin istiqamətlər üzrə ümumilikdə 2 milyon 250 mindən çox şəxsə ödənişlər edilib.

Həmin sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6,6% və ya 93,9 milyon manat çox olmaqla 1 milyard 523 milyon manat vəsait ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti