...

Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası dayanıqlı sosial-iqtisadi inkişafa töhfə verəcək - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 16 İyun 2021 15:44 (UTC +04:00)
Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası dayanıqlı sosial-iqtisadi inkişafa töhfə verəcək - Mikayıl Cabbarov

Bakı. Trend:

2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası dayanıqlı sosial-iqtisadi inkişafa, işğaldan azad olunmuş ərazilərimizin bərpasına və milli prioritetlərin reallaşdırılması istiqamətində layihələrin həyata keçirilməsinə töhfə verəcək.

Trend xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında qeyd edib.

O bildirib ki, 2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası üzrə İstiqamətləndirici Komitənin iclasında BMT-nin Ölkə üzrə İdarə Heyəti ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti