...

Pakistanda Azərbaycan Ticarət nümayəndəliyinin yaradılması nəzərdə tutulur - Nazir müavini

İqtisadiyyat Materials 7 İyul 2021 11:52 (UTC +04:00)
Pakistanda Azərbaycan Ticarət nümayəndəliyinin yaradılması nəzərdə tutulur - Nazir müavini

Bakı. Elçin Mehdiyev - Trend:

Pakistanda Azərbaycanın Ticarət nümayəndəliyinin yaradılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının təqdimat mərasimi zamanı deyib.

E.Əliyev bildirib ki, Azərbaycanla Pakistan arasında siyasi və iqtisadi əlaqələr daim inkişaf edir.

Nazir müavininin sözlərinə görə, İqtisadi Əməkdaşlıq Palatasının yaradılması iki ölkə arasında biznes əlaqələrinin və tərəfdaşlığın inkişaf etdirilməsinə böyük töhfə verəcək, eyni zamanda iki ölkə arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiya qoyuluşlarının artmasına imkan verəcək.

E.Əliyev vurğulayıb ki, son illlərdə iki ölkə arasında ticari əlaqələrinin inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülüb: “Palatanın yaradılması iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacaq”.

Xəbər lenti

Xəbər lenti