...

Güzəştli kreditlər hesabına 770-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 7 İyul 2021 12:06 (UTC +04:00)
Güzəştli kreditlər hesabına 770-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur - Mikayıl Cabbarov

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu bu ilin yanvar-may aylarında 339 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,9 milyon manat güzəştli kredit verib. Bu kreditlər hesabına 770-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Trend xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Twitter"də bildirib.

Paylaşımda bildirilib ki, güzəştli kreditlərin 95,7%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür:

"Kreditlərin 79%-i regionlarda, 21%-i isə Bakı şəhəri və ətraf qəsəbələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilib. Ayrılmış vəsaitlərin 37,6%-i sənaye məhsullarının istehsalı və emalı, 53,7%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 8,7%-i isə digər sahələrin inkişafına yönəldilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti