...

Azərbaycan ​İqtisadi və İnvestisiya Planının tətbiqi üçün əsas tərəfdaşdır - Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı (FOTO)

İqtisadiyyat Materials 8 İyul 2021 00:50 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varheli Azərbaycana səfəri çərçivəsində iqtisadiyyat və energetika nazirləri Mikayil Cabbarov və Pərviz Şahbazovla görüşüb.

Trend-in məlumatına görə, bu barədə avropalı diplomat "Twitter" hesabında paylaşım edib.

Görüş zamanı "Şərq Tərəfdaşlığı" üçün nəzərdə tutulmuş İqtisadi və İnvestisiya Planının potensialı barədə fikir mübadiləsi aparıldığını bildirən komissar qeyd edib: "Azərbaycan bu planın tətbiqi üçün əsas tərəfdaşdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti