...

“Azərenerji”yə yeni səlahiyyət verilib

İqtisadiyyat Materials 12 İyul 2021 17:20 (UTC +04:00)
“Azərenerji”yə yeni səlahiyyət verilib

Bakı. Elçin Mehdiyev – Trend:

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə yeni səlahiyyət verilib.

Trend-in məlumatına görə, bu barədə məsələ “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında əksini tapıb.

Fərmanda qeyd olunur ki, həmin Qanunun 1.1.10-cu maddəsində “orqan (qurum)” dedikdə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur.

Qeyd edək ki, həmin qanunun 1.1.10-cu maddəsində zəmanətli alıcı – elektrik enerjisinin zəmanətli tariflərlə satın alınmasını, həmçinin onun elektrik enerjisinin topdansatış bazarında satışını təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandır (qurumdur).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti