...

TuranBank “YAŞAT” düşərgəsinə dəstək oldu (FOTO)

İqtisadiyyat Materials 30 İyul 2021 18:13 (UTC +04:00)

Bakı. Trend:

Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərin, bu yolda canını fəda edən şəhidlərimizin ailələri daim diqqət və qayğı mərkəzindədir.

TuranBank da hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edir. Bu ənənəyə sadiq qalan bankımız “YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatı ilə birgə şəhid övladları üçün həyata keçirilən yay düşərgələrinə maliyyə dəstəyi göstərib.

Düşərgə müddətində iştirakçıların hər birinə istəklərinə uyğun bankın maliyyə dəstəyilə hazırlanmış müxtəlif hədiyyələr təqdim edilmişdir. “YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsinin məqsədi şəhidlərimizin övladlarının diqqət mərkəzində saxlanılması, onların sosial qayğı ilə əhatə olunmasını təmin etməkdir.

Layihə çərçivəsində ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar təşkili və müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində həssas əhali qruplarını, o cümlədən gələcəyimiz olan uşaqları daim diqqət mərkəzində saxlayır və dəstək olur. Bundan sonra da bankımız "YAŞAT" Fondu ilə birlikdə mütəmadi olaraq sosial layihələrdə əməkdaşlıq edərək şəhid ailələrinin sosial təminatına dəstəyini davam etdirəcək.

TuranBank

Bizimlə etibarlıdır...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti