...

Vergi ödəyicilərinin sayı 4 faizə yaxın artıb - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 5 Avqust 2021 11:20 (UTC +04:00)
Vergi ödəyicilərinin sayı 4 faizə yaxın artıb - Mikayıl Cabbarov

Bakı. Çingiz Səfərli - Trend:

2021-ci ilin 6 ayı ərzində aktiv vergi ödəyicilərinin sayı bu ilin əvvəli ilə müqayisədə 3,9% artaraq 640 min 401 nəfərə çatıb

Trend -in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.

Nazir bildirib ki,Ölkədə iqtisadi aktivliyin bərpası sahibkarlıq subyektlərinin sayının artması ilə müşayiət olunur:

"Bu dövrdə ƏDV ödəyicilərinin sayı 8,9% artaraq 31 min 738-ə, qeydiyyata alınan obyektlərin sayı isə 5,8% artaraq 176 min 794 nəfərə çatıb".

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti