...

31 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb

İqtisadiyyat Materials 17 Avqust 2021 17:20 (UTC +04:00)
31 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb

Bakı. Trend:

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il avqustun 16-da qida məhsulları sahəsində fəaliyyət göstərən 31 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, həmin tarixdə aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti