...

Qarabağ və Şərqi Zəngəzurda çəkilən yolların xəritəsi açıqlandı

İqtisadiyyat Materials 2 Sentyabr 2021 12:02 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzurda çəkilən yolların xəritəsi açıqlandı

Bakı. Samir Əli - Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ və Şərqi Zəngəzurda çəkilən avtomobil yollarının xəritəsini açıqlayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, hazırda 101 kilometrlik Zəfər yolunun tikintisi ilə yanaşı 81,6 Əhmədbəyli-Füzuli-Şuşa, 80,7 kilometrlik Toğanalı-Kəlbəcər-İstisu, 72,3 kilometrlik Kəlbəcər-Laçın, 123,8 kilometrlik Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yollarının tikintisi davam etdirilir.

Həmçinin 22 kilometrlik Talış-Tapqaraqoyunlu-Qaşaltı, 83 kilometrlik Xudafərin-Qubadlı-Laçın, 43 kilometrlik Şükürbəyli-Cəbrayıl-Hadrut, 13 kilometrlik Füzuli-Hadrut və 45 kilometrlik Bərdə-Ağdam avtomobil yolları tikilməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti