...

Rusiya daha bir neçə ölkə ilə uçuşları bərpa edir

İqtisadiyyat Materials 22 Sentyabr 2021 23:14 (UTC +04:00)
Rusiya  daha bir neçə ölkə ilə uçuşları bərpa edir

Bakı. Trend:

Oktyabrın 5-dən etibarən Rusiya daha beş ölkə ilə aviaəlaqələrini bərpa edəcək.

Trend -in "İnterfaks" a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyasına yeni koronavirus infeksiyasının idxalının və yayılmasının qarşısının alınması üzrə qərargah məlumat yayıb.

Bildirilir ki, bu ölkələr siyahısına Danimarka, Cibuti, Yeni Zelandiya, Peru və Cənubi Afrika daxil edilib.

Qərargahın məlumatına əsasən, Moskva-Cibuti marşrutu üzrə Cibutidən uçuşların həftədə iki uçuş tezliyi ilə həyata keçiriləcəyi deyilir.

Həmçinin təyyarələr Sankt -Peterburq - Kopenhagen marşrutu ilə həftədə iki dəfə Danimarkaya uçacaq.

"Moskva - Vellinqton marşrutu ilə həftədə iki uçuş; Moskva - Lima həftədə iki uçuş; Moskva - Keyptaun və Moskva - Yohannesburq marşrutu ilə həftədə iki uçuş həyata keçiriləcək", - qərargahdan bildiriblər.

Bundan əlavə, Bəhreyn, Hindistan, BƏƏ və digər ölkələrə də uçuşların sayı artır. Moskva-Manama marşrutu həftədə üç uçuş; Moskva ilə Dehli marşrutu üzrə həftədə dörd uçuş; Moskva - Dubay marşrutlarında həftədə 10-a qədər, Moskva - Abu Dabi həftədə 5-ə qədər, Jukovski - Dubay həftədə iki dəfə.

Oktyabrın 5-dən etibarən Moskva - Xucənd və Moskva - Kulyab marşrutu ilə Tacikistana uçuşların sayı həftədə iki reysə, Rusiya hava limanlarından Bohtar, Düşənbə, Xucənd və Kulyab istiqamətlərinə uçuşların sayı iki dəfə artırılacaq.. Moskva - Daşkənd marşrutu üzrə Özbəkistana uçuşların sayı həftədə dörd reysə çatdırılacaq.

Həmçinin həftədə dörd uçuş tezliyi ilə Moskva - Oş (Qırğızıstan) marşrutu üzrə, Sankt -Peterburq - Bişkek, Sankt -Peterburq - Oş və Novosibirsk - Oş, Krasnoyarsk - Oş, Yekaterinburq - Oş marşrutu üzrə uçuşları bərpa etmək qərarı qəbul edilib.

Oktyabrın 5-dən etibarən Moskva - Şarja (BƏƏ) marşrutu üzrə uçuşlar açılacaq.

Bundan əlavə, Moskva ilə Özbəkistanın bir neçə şəhəri (Buxara, Urgenç, Səmərqənd, Namangan, Fərqanə, Əndican, Termez) arasında, eləcə də Rusiyanın digər şəhərlərindən Özbəkistana uçuşlar açılacaq.

Həmçinin, Xabarovsk ilə Tokio (Yaponiya) arasında həftədə yeddi uçuş tezliyi ilə uçuşlar həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti