Bakı. Çingiz Səfərli - Trend:
2021-ci ilin sonuna qədər qeyri-neft sektorunun ixracında indiyə qədər müşahidə olunmayan 2,2 milyard dollardan artıq bir rəqəm proqnozlaşdırırıq.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, cari ilin 8 ayı ərzində qeyri-neft sənayesi 18 faiz artıb.
"İqtisadi artım dinamikasını aktiv vergi ödəyicilərinin sayının artmasında da görürük. İlin 9 ayında vergi ödəyicilərinin sayı 5 faiz artıb. Həmçinin beynəlxalq maliyyə qurumları Azərbaycanın bu il və növbəti ildə iqtisadi artımla bağlı proqnozlarını yüksəldilib".
Nazirin sözlərinə görə, son 10 ildə qeyri-neft sektoru milli iqtisadiyyatın başlıca artım və inkişaf amilinə çevrilib.
"Bumüddət ərzində qeyri-neft sektoru 48 faizdən 70 faizə qədər artıb. Bu sektorun inkişafına əlverişli olan sənaye zonalarında indiyədək bütün istehsalın həcmi 4,3 milyard manatdan çox, qoyulan investisiyanın həcmi isə 6,1 milyard manatdan çox olub. Bu dövr ərzindən birbaşa xarici investisiyaların həcmi 57 milyard dollar təşkil edib".
Twitter: @cingizsafarli