...

Ukrayna Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun bərpası üçün bütün imkanlara malikdir - Ali Radanın deputatı

İqtisadiyyat Materials 18 Oktyabr 2021 19:04 (UTC +04:00)
Ukrayna Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun bərpası üçün bütün imkanlara malikdir - Ali Radanın deputatı

Bakı. Cani Babayeva - Trend:

Ukrayna Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun bərpası üçün bütün imkanlara və texnologiyalara malikdir.

Bunu Trend-ə Azərbaycanda səfərdə olan Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Vladimir Kreydenko deyib.

O bildirib ki, söhbət dəmir yollarından, ekoloji təmiz avtobuslardan və tikintidən gedir: "Bir çox investorlar bu ərazilərin bərpasında maraqlıdır. Ona görə də biz Azərbaycan tərəfinin dəvətini, tenderlərin elan olunmasını gözləyirik. Həmçinin, investisiya forumunun keçirilməsi də mümkün ola bilər. Bununla biz Azərbaycanı daha çox nəyin maraqlandırdığını öyrənə bilərik. Bunun üçün Ukraynanın bütün potensialı var".

Deputat əlavə edib ki, Ukrayna tərəfi kənd təsərrüfatı sahəsi ilə bağlı təcrübə və texnoloji imkanlarını Azərbaycanla bölüşməyə hazırdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti