...

Elan saytlarında kirayə ev axtaranları belə aldadırlar

İqtisadiyyat Materials 19 Oktyabr 2021 14:04 (UTC +04:00)
Elan saytlarında kirayə ev axtaranları belə aldadırlar

Bakı. Fərid Zöhrabov -Trend:

Son vaxtlar kirayə mənzil bazarında fırıldaqçılıq halları çoxalıb.

Bunu Trend-ə açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, əvvəlki dönəmlərdə alqı-satqı saytları yox idi, sosial şəbəkələr inkişaf etməmişdi: "Kirayə mənzil axtaran insanlar ya birbaşa alqı-satqı ofislərinə müraciət edirdilər, ya qəzetlərdən çıxan elanlardan özlərinə ev tapırdılar. Hazırda intenetin inkişafı ilə bağlı olaraq istər ev sahibləri, istər alqı-satqıyla məşğul olanlar evlərini saytlarda, sosial şəbəkələrdə yerləşdirirlər. Bundan istifadə edən mənzil fırıldaqçıları bir çox insanın pulunu mənimsəyir."

Ekspert bildirib ki, ev elanı yerləşdirilən saytlarda özünü ev sahibi kimi təqdim edən şəxslər mənzilləri nisbətən ucuz qiymətə təklif edirlər: "Qiymətin ucuz olduğunu görən müştəri fırıldaqçının toruna düşür. Müştəri aldadıldığının fərqinə varmadan elanda yerləşdirilən nömrəyələ əlaqə saxlayır. Fırıldaqçılar çox vaxt xarici nömrədən istifadə edir. Fırıldaqçılar bəhanələr gətirərək müştəridən beh istəyir. Ucuz mənzili əldən vermək istəməyən müştəri tez karta pul köçürür. Və nəticədə kirayə mənzil axtaran şəxs bilmədən fırıldaqçıların qurbanı olur.

Alqı-satqı saytlarında hər kəs elan yerlədirə bilər. Fırıldaqçıları belə olduqda ayırd etmək çox çətindir. Yaxşı olar ki, elanda olan evə şəxsən gedib baxılsın. Elanda yerləşdirilən evin həqiqətən olduğuna əmin olsun. Vətəndaşlar elan saytlarından ev kirayələyərkən evə baxmamış ödəniş etməyə tələsməsinlər. Kirayə mənzil götürərkənmütləq müqavilə imzalamaq lazımdır ki, sonra əlavə probləmlər yaranmasın."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti