...

Xorvatiya şirkətlərinin Qarabağda bərpa işlərinə cəlb olunması müzakirə edilib

İqtisadiyyat Materials 20 Oktyabr 2021 12:50 (UTC +04:00)
Xorvatiya şirkətlərinin Qarabağda bərpa işlərinə cəlb olunması müzakirə edilib

Bakı. Elçin Mehdiyev - Trend:

Xorvatiya şirkətlərinin Qarabağda bərpa işlərinə cəlb olunması müzakirə edilib.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş potensial mövcuddur:

“Bu gün keçirilən görüşdə işğaldan azad edilən ərazilərdə bərpa işlərində Xorvatiya şirkətlərinin cəlb olunması ətrafında fikir mübadiləsi aparıldı. Xorvatiya tərəfi bununla bağlı bir sıra təkliflərini artıq Azərbaycanın müvafiq qurumlarına təqdim edib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti