...

Bitum məhsullarına dair dövlət standartları təsdiq edilib

İqtisadiyyat Materials 21 Oktyabr 2021 11:23 (UTC +04:00)
Bitum məhsullarına dair dövlət standartları təsdiq edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Ölkədə istehsal olunan bitum və bitumlu büzücülərin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədilə beynəlxalq standartların son versiyaları əsasında AZS EN 12592:2021 “Bitum və bitumlu büzücülər. Həllolmanın təyini üsulu” və AZS EN 12593:2021 “Bitum və bitumlu büzücülər. Fraasa görə kövrəklik temperaturunun təyini üsulu” dövlət standartları təsdiq edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, AMEA-nın akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu tərəfindən hazırlanan standartlar Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Yeni standartlar vasitəsilə elmi-tədqiqat institutları, neft emalı zavodları, asfalt-beton müəsisələri və tikinti işləri ilə məşğul olan təşkilatlar bitum və bitumlu büzücülərin keyfiyyət meyarlarını daha rahat şəkildə müəyyən edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti