...

Azərbaycanın icmal büdcəsinin gəlirləri 23 milyard manatdan çox olub

İqtisadiyyat Materials 21 Oktyabr 2021 16:04 (UTC +04:00)
Azərbaycanın icmal büdcəsinin gəlirləri 23 milyard manatdan çox olub

Bakı. Elçin Mehdiyev - Trend:

Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 23 milyard 021,4 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyard 531,5 mln. manat və ya 31,6 faiz çoxdur.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, icmal büdcənin xərcləri isə 19 milyard 458,3 mln. manat məbləğində icra olunub.

2021-ci il üzrə icmal büdcə 7 milyard 335,3 mln. manat məbləğində kəsirlə proqnozlaşdırılsa da, cari ilin doqquz ayında faktiki olaraq 3 milyard 563,1 mln. manat büdcə artıqlığı (profisit) yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti