...

Dünya Bankı ilə azad edilmiş ərazilərin bərpası üzrə yeni layihələr müzakirə edilib - Mikayıl Cabbarov (FOTO)

İqtisadiyyat Materials 26 Oktyabr 2021 14:18 (UTC +04:00)
Dünya Bankı ilə azad edilmiş ərazilərin bərpası üzrə yeni layihələr müzakirə edilib - Mikayıl Cabbarov (FOTO)

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklla görüşüb.

Trend-in məlumatına görə, bunu M.Cabbarov "Twitter" hesabında yazıb.

Görüşdə Dünya Bankı ilə azad edilmiş ərazilərin bərpası üzrə yeni layihələr müzakirə edilib:

"Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklla görüşümüzdə birgə həyata keçirilən layihələrin icra vəziyyətini, işğaldan azad edilmiş ərazilərimizin bərpası üzrə bankla əməkdaşlıq imkanlarını və yeni layihələri müzakirə etdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti