Bakı. Çingiz Səfərli - Trend:
İşğaldan azad olunmuş ərazilərə kiçik və orta biznesin cəlb olunması əhəmiyyətlidir.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidentinin maliyyə ofisinin müdiri Göksel Aşan İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı deyib.
O bildirib ki, Qarabağda kiçik və orta biznesin inkişafı bu yerlərdə daha da canlanmaya səbəb ola bilər:
"Əlbəttə ki, iri şirkətlərin fəaliyyəti vacibdir və onlar da məşğulluğun formalaşdırırılmasında böyük yer tuturlar. Lakin iqtisadi sistemin mərkəzində KOB-lar yer almalıdır. Təbii ki, burada infrastrukturla bağlı bir sıra problemlər ola bilər, amma ən önəmlisi KOB-ların maliyyə mənbələrinə əlçatanlığının təmin edilməsidir. Bu sahədə biz hər cür dəstəyi göstərməyə hazırıq".
Twitter: @cingizsafarli