...

Üçtərəfli müqavilə İranın 5 vilayətini qazla təmin edəcək - İran hökumətinin sözçüsü

İqtisadiyyat Materials 28 Noyabr 2021 23:19 (UTC +04:00)

Bakı. Trend:

İran, Azərbaycan və Türkmənistan arasındakı üçtərəfli müqavilə İranın 5 vilayətini qazla təmin edəcək.

Trend-in məlumatına görə, bu barədə özünün "Twitter" səhifəsində İran hökumətinin sözçüsü Əli Bahadori yazıb.

Ə.Bahadori bildirib: "Xarici siyasətdəki bütün imkanlara balanslaşdırılmış baxışın nəticəsi olan İran, Azərbaycan və Türkmənistan arasındakı üçtərəfli qaz müqaviləsi İranın 5 vilayətini qazla təmin edəcək. Qonşulara xüsusi diqqətlə beynəlxalq münasibətlər sahəsi artıq bir neçə konkret ölkə ilə məhdudlaşmır".

Qeyd edək ki, noyabrın 28-də Azərbaycan, İran və Türkmənistan Aşqabadda qazın svop tədarükü barədə razılaşma imzalayıblar.

Razılaşmaya əsasən, Türkmənistandan Azərbaycana İran vasitəsilə ildə 1,5 - 2 milyard kubmetrədək qaz göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti