Bakı. Trend:
Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində yaradılan "Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 200 hektarlıq ərazisinin artıq 70 hektarı minalardan təmizlənib.
Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "twitter" hesabındakı paylaşımında bildirib.
"Bu günlərdə Sənaye Parkının sosial zonasının təşkili üçün konteynerlərin quraşdırılmasına başlanacaq", - deyə paylaşımda qeyd olunub.