...

Tikinti-Təchizat Birliyi MMC-nin saxlanılması xərcləri müəyyənləşib

İqtisadiyyat Materials 3 Dekabr 2021 19:59 (UTC +04:00)
Tikinti-Təchizat Birliyi MMC-nin saxlanılması xərcləri müəyyənləşib

Bakı. Trend:

Nazirlər Kabineti “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin TikintiTəchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında” qərar verib.

Trend xəbər verir ki, qərara əsasən, İqtisadiyyat Nazirliyinin "TikintiTəchizat Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyətinin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına İqtisadiyyat Nazirliyi üzrə mərkəzləşdirilmiş qaydada tikinti obyektlərinin təmiri, bərpası, gücləndirilməsi və yeni obyektlərin tikintisi ilə bağlı daxilolmaların 1,0 faizə qədəri, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25 faizi həddində müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti