...

Gorus-Qafan məntəqəsindən 2 milyon manata yaxın rüsum toplanıb - Səfər Mehdiyev

İqtisadiyyat Materials 12 Dekabr 2021 11:29 (UTC +04:00)
Gorus-Qafan məntəqəsindən 2 milyon manata yaxın rüsum toplanıb - Səfər Mehdiyev

Bakı. Çingiz Səfərli - Trend:

Gorus-Qafan sərhəd-keçid məntəqəsindən Azərbaycan ərazisinə daxilolmalardan 2 milyon manata yaxın rüsum toplanıb.

Trend xəbər verir ki, bunu DGK-nın sədri Səfər Mehdiyev deyib.

"2 aya yaxındır Gorus-Qafan yolunda DGK-nın müvafiq postu yaradıllb. Digər sərhəd-keçid məntəqələrində yüngül və ağır tonnajlı nəqliyyat vasitələri və insanlar hansı rüsumlara tabe tutulursa, həmin istiqamətdən də Azərbaycan ərazisinə daxil olan xarici avtonəqliyyat vasitələri və vətəndaşlar o şəkildə qeydiyyatdan keçir və gömrük rüsumlarını ödəyərək ölkə ərazisinə daxil olurlar" - deyə o bildirib.

Qarşı tərəfin bənzər addım atacağı ilə bağlı məlumatlara gəlincə qurum rəhbəri bilidirib ki, bu Azərbaycan ərazisidir. Bizim nəqliyyat vasitələrimiz qarşı tərəfə daxil olsa, bənzər addımın atılıb-atılmayacağı onların işidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti