...

Azərbaycan məhsulları Beynəlxalq Qida və İçki Sərgisində nümayiş olunur (FOTO)

İqtisadiyyat 18 Yanvar 2022 18:15 (UTC +04:00)
Azərbaycan məhsulları Beynəlxalq Qida və İçki Sərgisində nümayiş olunur (FOTO)

Bakı. Trend:

Yanvarın 18-də Türkiyənin Antalya şəhərində 28-ci Beynəlxalq Qida və İçki Sərgisi öz işinə başlayıb.

Trend xəbər verir ki, sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkil etdiyi xüsusi stenddə Azərbaycan sahibkarlarının məhsulları nümayiş olunur. Stendimizdə quru meyvələr, təbii sıxım yağlar, konservləşdirilmiş məhsullar, meyvə şirələri, kofe və çay, giləmeyvələr, zəfəran və ondan hazırlanmış müxtəlif məhsullar, çərəzlər, şirniyyat, şokolad və digər qida məhsulları təqdim edilir. Ümumilikdə Azərbaycanı sərgidə 15 mikro və kiçik sahibkar təmsil edir.

Sərgi çərçivəsində Azərbaycan sahibkarları istehsal etdikləri məhsulları nümayiş etdirməklə yanaşı, Türkiyə və digər ölkələrin iş adamları ilə məhsul satışı və yeni əməkdaşlıq imkanlarına dair müzakirələr aparacaqlar.

Qeyd edək ki, sərgidə Türkiyənin 81 regionundan və 50-ə yaxın xarici ölkədən 450-dən çox sahibkar məhsul və xidmətlərini təqdim edir. Sərgi yanvarın 21-dək davam edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti