...

Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başlayıb

İqtisadiyyat 21 Yanvar 2022 15:04 (UTC +04:00)
Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başlayıb

Bakı. Trend:

Yanvarın 18-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda müvafiq qurumlara “Antiinflyasiya tədbirlərinin gücləndirlməsinə dair” Tədbirlər Planının hazırlanması tapşırılıb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, artıq müvafiq qurumların nümayəndələrindən ibarət İşçi qrup yaradılıb və ilk iclası keçirilib. İşçi qrupun təqribən iki həftə ərzində Tədbirlər Planının ilkin layihəsini Hökumətə təqdim edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti