Bakı. Trend:
Sərhədkeçmə proseslərinin sadələşdirilməsi məqsədilə “Smart sərhəd buraxılış məntəqəsi” həllərinin hazırlanması nəzərdə tutulub.
Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Twitter" səhifəsində yazıb.
"Bu həllərin tətbiqi ilə biometrik kameralardan istifadə edərək sərnişinlər seçmə üsulla gömrük yoxlanışına cəlb olunacaq".