...

Sənaye zonalarında ixracın həcmi əvvəlki illə müqayisədə 2,7 dəfə artıb

İqtisadiyyat Materials 27 Yanvar 2022 16:25 (UTC +04:00)
Sənaye zonalarında ixracın həcmi əvvəlki illə müqayisədə 2,7 dəfə artıb

Bakı. Trend:

2021-ci ilin sonuna sənaye zonalarında ixracın həcmi əvvəlki illə müqayisədə 2,7 dəfə artaraq 959,3 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, ötən il sənaye zonalarında istehsal olunan məhsulların qeyri-neft ixracında payı 20,8%-ə çatıb ki, bu da 2020-ci il (11,4%) və 2019-cu il (9,6%) ilə müqayisədə daha yüksək göstəricidir. Qeyri-neft sənaye ixracında həmin göstərici 30,8% təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti