...

Ukraynadakı vəziyyət tikinti materiallarının bahalaşmasına səbəb ola bilər - Ekspert

İqtisadiyyat Materials 28 Fevral 2022 12:08 (UTC +04:00)
Ukraynadakı vəziyyət tikinti materiallarının bahalaşmasına səbəb ola bilər - Ekspert

Trend-i buradan izləyin

Bakı. Fərid Zöhrabov - Trend:

Son günlər dünyada baş verən hadisələr ölkəmizin tikinti bazarında qiymətlərin bahalaşmasına səbəb ola bilər.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

"Ukraynada baş verən hadisələr, rublun dəyər itirməsi qiymətlərin artmasına səbəb ola bilər. Bu hadisələr davamlı hal alarsa, qiymətlərin sürətlə bahalaşması qaçılmaz olacaq. Çünki ölkəmizə Rusiya və Ukraynadan tikinti materialları idxal olunur" - deyə ekspert bildirib.

R.Osmanlının sözlərinə görə, tikinti materialları bazarındakı qiymətlərə mövsüm də təsir göstərir:

"İşğaldan azad edilmiş ərazilərdə tikinti işlərinin aparılması, tikinti materiallarına tələbi xeyli artırıb. Bu səbəbdən də qeyri-mövsumi dövrlərdə də qiymət artımlarını müşahidə edirik. Havaların istiləşməsi tikinti materialları bazarında qiymətlərin artımına da bir qədər təsir göstərir".

Twitter:@FaridZohrabov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti