...

"ExxonMobil" şirkəti "Saxalin-1" layihəsini tərk edir

İqtisadiyyat Materials 2 Mart 2022 08:46 (UTC +04:00)
"ExxonMobil" şirkəti "Saxalin-1" layihəsini tərk edir

Bakı. Trend:

"Saxalin-1" layihəsinin operatoru olan ABŞ-ın "ExxonMobil" şirkəti adıçəkilən layihəni tərk edir.

Trend Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı bəyanatda deyilir.

"ExxonMobil Yapon, Hindistan və Rusiya şirkətlərindən ibarət beynəlxalq konsorsium adından "Saxalin-1" layihəsini idarə edir. Son hadisələrə cavab olaraq, biz əməliyyatların dayandırılması prosesinə başlayırıq və "Saxalin-1" layihəsindən çıxmaq üçün addımlar hazırlayırıq", - bəyanatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti