...

Qida məhsullarının qablaşdırılması il bağlı yeni tələblər müəyyən edilir

İqtisadiyyat Materials 3 Mart 2022 10:59 (UTC +04:00)
Qida məhsullarının qablaşdırılması il bağlı yeni tələblər müəyyən edilir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda qida və yem məhsullarının qablaşdırılması və etiketlənməsi zamanı onların təhlükəsizliyinə dair tələblər müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ “Qida təhlükəsizliyi” haqqında yeni qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsində qeyd edilib ki, qida və yem məhsulları qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq onların dövriyyəsi zamanı təhlükəsizliyini təmin edə biləcək üsullarla qablaşdırılmalıdır.

Qida məhsullarının etiketlənməsi aşağıdakı tələblərə uyğun həyata keçirilməlidir:

İstehlakçıya qida məhsullarının adı, qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibindəki allergenlər, mənşəyi, istehsalçının adı və ünvanı, istehsal üsulu və istifadə qaydaları barədə dolğun məlumatlar verilməli; məhsulların etiketlənməsi dəqiq, aydın və istehlakçılar üçün tam başa düşülən formada həyata keçirilməli; həmin qida məhsullarına xas olmayan təsir və ya xassələri göstərilməməli; eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələri xüsusi xassələr kimi təqdim etməməli; təbii mineral sular və xüsusi təyinatlı qida məhsulları istisna olmaqla, hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməməli; kimyəvi və bioloji preparatlarla işlənilmiş kənd təsərrüfatı məhsullarının taraları üzərində müvafiq xəbərdarlıq yazılarının və nişanlarının olması təmin edilməlidir.

Qeyd edək ki, qanun layihəsinin Milli Məclisin martın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti