Bakı. Trend:
Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ötən il Azərbaycanda sosial-iqtisadi inkişaf tempi davam edib.
Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zaman deyib.
Ə.Əsədov qeyd edib ki, ölkədə makroiqtisadi tarazlığın qorunması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Baş nazir vurğulayıb ki, pandemiyaya baxmayaraq, həyata keçirilən çevik tədbirlər, vaksinasiya nəticəsində məhdudiyyətlərin aradan qaldırılması iqtisadi aktiviliyin bərpa olunmasına imkan verib.
Hökumət başçısı bildirib ki, Azərbaycanın strateji valyuta ehtiyatları 53 milyard dolları keçib.