...

Azərbaycanın qızıl-gümüş satışından əldə etdiyi gəlir açıqlanıb

İqtisadiyyat Materials 17 Mart 2022 11:18 (UTC +04:00)

Bakı. Trend:

Beş il ərzində qiymətli metalların satışından və beynəlxalq bazarlara ixracdan Azərbaycan iqtisadiyyatına 757 milyon manata yaxın vəsait cəlb edilib.

Trend-in məlumatına görə, bunu “AzerGold” QSC-nin sədr müavini Xəyyam Fərzəliyev “Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabının təqdimat mərasimində deyib.

"Fəaliyyət dövrü ərzində tərəfimizdən 287 min unsiya qızıl, 530 min unsiya gümüşün beynəlxalq bazara ixracına nail olub. 5 ildən bir qədər çox olan dövrdə qiymətli metalların satışından və beynəlxalq bazarlara ixracdan ölkə iqtisadiyyatına 757 milyon manata yaxın vəsait cəlb edilib", - X.Fərzəliyev deyib.

Onun sözlərinə görə, hazırda Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl yatağının oksid mərhələsindən sulfid mərhələsinə keçid üzrə tranzit filizlərin istismarı, eləcə də Cəmiyyətin geoloqları tərəfindən kəşf edilmiş “Ağyoxuş 1” və “Mərəh” qızıl yataqlarında hasilat işləri aparılır:

"Yeri gəlmişkən, ötən il Daşkəsən rayonunda Cəmiyyətimizin geoloqları tərəfindən aparılan kəşfiyyət işləri nəticəsində daha bir sahə, “Nərimanlı” potensial qızıl yatağı kəşf edilib. Hazırda sözügedən sahə üzrə müvafiq geoloji tədqiqatlar davam etdirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti