...

Bayram tətili günlərində 13 küçə və prospektdə təmir işləri aparılıb (VİDEO)

İqtisadiyyat Materials 28 Mart 2022 15:17 (UTC +04:00)

Bakı. Trend:

Bayram tətili günlərində paytaxtda nəqliyyat intensivliyinin azalmasından istifadə edərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 22-27 mart tarixlərində bir-neçə küçə və prospektdə təmir işləri aparılıb.

Agentlikdən Trend-ə bildirilib ki, təmir işləri zamanı deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib. Ardınca üfiqi nişanlama xətlərinin çəkilişi işləri icra olunub.

Təmir işləri 13 küçə və prospektin 30 min kv.m-dən çox sahəsində aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti