...

Horadiz-Ağbənd dəmir yolunun tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir (FOTO)

İqtisadiyyat Materials 15 Aprel 2022 15:40 (UTC +04:00)
Horadiz-Ağbənd dəmir yolunun tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Horadiz. Trend:

Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə və tikinti işləri, həmçinin texniki nəzarət Azərbaycan və Türkiyə şirkətləri tərəfindən yerinə yetirilir.

Trend-in yerli bürosunun məlumatına görə, dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km-dir. Layihə çərçivəsində Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd olmaqla ümumilikdə 9 stansiyanın inşası planlaşdırılır. Eyni zamanda bu istiqamətdə 300-ə yaxın suni mühəndis qurğusunun, o cümlədən 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücünün tikintisi nəzərdə tutulur.Dəmir yolu xəttində tikinti işləri minatəmizləmə prosesinə paralel aparılır və indiyədək 82 km ərazi minalardan təmizlənib.

Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir.

I mərhələ 30 km-lik ərazidə aparılmaqla, Horadiz, Mərcanlı, Mahmudlu və Soltanlı stansiyalarını əhatə edir. Burada torpaq işləri 97%, suni qurğular 93%, dəmir yolunun üst quruluşu elementləri isə 80% həcmində tamamlanıb. Bu mərhələ ümumi icra vəziyyəti 89% təşkil edir.​

II mərhələ Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə edir və 30 km-dən 85 km-ə qədər ərazidə həyata keçirilir. Bu mərhələdəki işlərin ümumilikdə 17 faizi icra olunub. Torpaq işləri 20%, suni qurğular 22%, dəmir yolunun üst quruluşu elementləri isə 5% həcmində yerinə yetirilib.
III mərhələ: Mincivan, Bartaz və Ağbənd stansiyaları arası 85-110,4 km-lik ərazini əhatə edir. Hazırda həmin ərazidə minalardan təmizləmə işlərinə hazırlıq görülür.

Prezident İlham Əliyev tərəfindən 2021-ci il fevralın 14-də təməli qoyulan layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti